!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Seçki məcəlləsinin demokratikləşdirilməsi yönündən çıxış edirik" - Partiya sədri

!Reklam – Yazi

“Konstitusiyada islahat aparılarsa, yeni seçkilərin keçirilməsinin tərəfdarıyıq”.

Bunu ölkədə siyasi aktivliyin aşağı olması iddiası və Milli Məclisə boş qalan yerlərə seçkilərin keçiləcəyi məsələsinə münasibət bildirən Azərbayan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn Yenicag.az-a açıqlamasında səsləndirib.

Pənah Hüseyn bildirib ki, seçki məsələsi ilə bağlı səlahiyyətli orqanlar qərar qəbul etməlidir:

“Hazırda belə bir qərar yoxdur. Bizim mövqeyimiz ondan ibarətdir ki, ölkədə ciddi seçki islahatının aparılmasını, Konstitusiyada çoxpartiyalı və yaxud qarışıq seçki sisteminin bərpa olunmasını, seçki məcəlləsinin demokratikləşdirilməsi yönündən çıxış edirik. Bu baxımdan, Konstitusiyada islahat aparılarsa, yeni seçkilərin keçirilməsinin tərəfdarı kimi çıxış edirik. Bu istiqamətdə Milli Məclis, Mərkəzi Seçki Komissiyası, dövlət başçısından hər hansısa bir təşəbbüs yoxdur”.

Səxavət Məmməd

www.yenicag.az

588
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv