!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Seçki nəticəsi şok etdi: Avropanın taleyi dəyişir

!Reklam – Yazi

Avropa Parlamentinə seçkilər ilk dəfə Fransada bu qədər gündəm mövzusu oldu və nəticə böyük təəccüb, sual yaratdı.

Bu sözləri Yenicag.az-a Avropa Parlamentinə keçirilən seçkilərin ilkin nəticələri barədə danışan Türkiyə Ufuk Universitenin Beynəlxalq münasibətlər kafedrasının müdiri, Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin (ANKASAM) baş məsləhətçisi professor Cem Qaradərəli deyib.

Professor seçki nəticələrinin Fransa və Almaniyada böyük siyasi çalxalanmaya səbəb olduğunu bildirib:

“AP-də əsas səkkiz fraksiya var: Avropa Xalq Partiyası (Xristian Demokratlar – EPP), Sosialistlər və Demokratların Mütərəqqi Alyansı Qrupu (Sosialistlər və Demokratlar – S&D), Avropanı Yenilə Qrupu (RE), Kimlik və Demokratiya fraksiyası (ID), Yaşıllar/Azad Avropa Alyansı (EFA), Avropa Mühafizəkarlar və Reformistlər Qrupu (ECR), Avropa Parlamentindəki Sol Qrup (GUE/NGL), Bitərəflər ( NI). Seçkilərin ilk turunda ifrat sağçılar yüksək faizlə səslərin çox hissəsini topladı, Makronun İntibah Partiyasının dəstəklədiyi namizədlər isə bunu edə bilmədi. Almaniya kansleri Olaf Şoltsun partiyasının dəstəklədiyi namizədlərin də aqibəti eyni oldu. Xristian Sosial İttifaqının lideri Markus Söder Şoltsa növbədənkənar seçkinin keçirilməsi ilə bağlı çağırış etdi. Bundan başqa, nəticələr bəlli olandan sonra Makron parlamenti buraxdı və növbədənkənar seçkiyə getdi. Məqsəd isə itirilən nüfuzu yenidən bərpa etməkdir”.

Alim seçkilər ilə xalqın öz hökumətlərinə mesaj verdiyini qeyd edib:

“Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin üzvü olduğu sağ mərkəzçi Xristian Demokrat İttifaqının AP-dəki fraksiyası olan Avropa Xalq Partiyası hazırda seçkilərin ilkin nəticələrinə görə ən yüksək səs toplayıb. İspaniya və Polşada miqrant problemi həyata çox təsir etmədi, ancaq Almaniya və Fransada vəziyyət tam əksi oldu. Xalq Fransanın Ukraynaya və digər məsələlərə başı qarışdığı üçün Afrikanı itirdiyini görür. Digər tərəfdən enerji xərcləri və inflyasiya artır. Ona görə də Le Penin partiyası Makronun partiyasını iki dəfə üstələdi. Qarşıda isə hələ iki tur var. Nəticələrin həm AB-yə, həm Ukrayna müharibəsinin gedişatına böyük təsir göstərəcəyi şübhəsizdir”.

COP29

www.yenicag.az

135
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv