!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Seçkilərdən sonra Türkiyədə son iyirmi ildə formalaşmış siyasətin dəyişdirilməsi...” – RƏY

!Reklam – Yazi

“Türkiyədə mövcud siyasətin davam edəcəyi, yoxsa ciddi dəyişikliklərin olacağı dünyada maraqla gözlənilir”.

Bu fikirləri Türkiyədə cari ilin ilk yarısında nəzərdə tutulan prezident və parlament seçkilərinə beynəlxalq marağın indidən artması, eyni zamanda həmin kampaniyaya xaricdən müdaxilə riskini dəyərləndirən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun fikrincə, Türkiyədə hakimiyyət və müxalifət arasında başabaş mübarizə vəd edən seçkilərə dünyada indidən böyük maraq yaranması təbiidir:

“Öncə bu məsələyə toxunmaq istərdim ki, Türkiyə kimi oturuşmuş sistemə malik ölkədə keçirilən seçkilərə kənardan müdaxilə ehtimalı böyük deyil. Hətta buna cəhd göstərilsə belə, müsbət nəticə əldə olunması imkansız görünür.

Xatırlayırsınızsa, ABŞ Prezidenti Co Bayden hələ seçki kampaniyasının gedişində Türkiyədə hakimiyyət dəyişikliyinə dəstək verəcəyini bildirmişdi və onun bu sözləri ciddi qalmaqala səbəb olmuşdu. O baxımdan düşünmürəm ki, hansısa ölkə buna əl atsın.

Bəli, Türkiyədə bu ilin ilk yarısında keçiriləcək seçkilərə beynəlxalq maraq böyükdür. Bildiyiniz kimi, Rəcəb Tayyib Ərdoğan və onun lideri olduğu AKP Türkiyədə artıq iyirmi ildən çoxdur ki, iqtidardadır. Bu müddət ərzində Türkiyənin ümumi dövlət siyasəti formalaşdırılıb, yaxın və uzaq ölkələrlə münasibətlər sistemi qurulub.

Ona görə də Türkiyədə bu siyasətin davam edəcəyi, yoxsa hakimiyyət dəyişikliyi nəticəsində ciddi dəyişikliklərin olacağı dünyada maraqla gözlənilir. Amma hesab edirəm ki, Türkiyədə hakim qüvvənin seçkidə məğlub olacağı təqdirdə belə dövlət siyasəti ciddi korrektələrə məruz qalmayacaq”.

A.Zeynalov

www.yenicag.az

360
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv