!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səfər Mehdiyevin gömrük "EKSPERİMENTLƏRİ": İndi də qaynı iş adamlarını get-gələ salır - ARAŞDIRMA

!Reklam – Yazi

Gömrükdə iş adamlarına işgəncə verilməsi, prosesi əngəlləmək, bir malı dəfələrlə bəyan etməyin adi bir hala çevrildiyini hər kəs bilir.

Dövlət Gömrük Komitəsinin (DGK) rəhbəri Səfər Mehdiyevin bəzi qərarları iş adamlarını, sözün əsl mənasında, işgəncə ilə üz-üzə qoyub.

Belə ki, elektron gömrük yığımı olmadığı halda, Səfər Mehdiyevin qərarı ilə iş adamları əlavə rüsumlar ödəmək məcburiyyətində qalırlar.

Qeyd edək ki, Gömrük Məcəlləsinin 231-ci maddəsinə görə, gömrük yığımının 5 növü var:

1. Gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımı,

2. Gömrük müşayiətinə görə gömrük yığımları,

3. Malların saxlanca görə gömrük yığımları,

4. Malların rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas atestatının verilməsinə görə gömrük yığımları,

5. Bankların və bank olmayan kredit təşkilatların müvafiq icra hakimiyyətində reyestrə salmağa görə gömrük yığımları.

Nazirlər Kabinetinin 6 avqust 2018 tarixli 344 saylı qərarına əsasən, malın gömrük dəyərinə görə DGK-ya gömrük yığımı ödəmək hər bir iş adamının vəzifəsidir. Məsələ ondadır ki, elektron gömrük xidməti adı altında DGK-nın nəzdində təsərrüfat hesablı başqa bir müəssisəyə iş adamlarından küllü miqdarda vəsait yığılır.

İş adamı idxal və ya ixrac etdiyi malı Elektron hökumət portalında DGK-ya bəyan etsə də, Səfər Mehdiyevin qaynı Zeynal Tarquliyevin hansısa bir təsərrüfat hesablı müəssisəsinə də pul ödəməlidir.

Qeyd edək ki, Səfər Mehdiyevin qaynı Zeynal Tarquluyev təsərrüfat hesablı “Azterminalkompleks” Birliyində rəis müavini olanadək qısa idxal bəyannaməsindən pul tutulmurdu. Zeynal Tarquliyevin həmin vəzifəyə təyin edilməsindən sonra isə vəziyyət tamamilə dəyişib.

Səfər Mehdiyevin “islahatları” sayəsində gömrükdə yeni “əndirəbadi” qaydalar peyda olub. Belə ki, gömrük rüsumu mütləq bir kartdan edilməlidir, əgər şəxsin bir neçə kartı var və ödənilməli məbləği bir kartı ilə ödəməyə yetmirsə, iş adamını məcbur edirlər ki, get digər kartlarındakı məbləği bir kartına yüklə gəl, elə ödə, yoxsa qəbul edilmir. Onsuz da süründürməçiliyi ilə məşhur və məşğul olan Səfər Mehdiyevin komitəsi indi də bu yolla iş adamlarına zülm edir.

Səxavət Məmməd

www.yenicag.az

784
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv