!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhidimiz dəfn olundu

!Reklam – Yazi

dfgd1Ötən gün saat 15.00 radələrində Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri, 1996-cı il təvəllüdlü Nahid Fikrət oğlu Səfərov bu gün dəfn edilib.

Tovuz rayonu istiqamətində şəhid olan əsgər bu gün doğulduğu Lənkəran rayonunun Vilvan kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində kənd sakinləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.

Yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb.

Qeyd edək ki, Nahid Səfərov 2014-cü ilin oktyabr ayında orduya çağırılıb. Onun hərbi xidmətdən tərxis olunmağına cəmi 2 ay qalıbmış.(APA)

www.yenicag.az

714
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv