Şəki Xan Sarayındakı bədbəxt hadisənin TƏFƏRRÜATI – FOTO/VİDEO

Şəki Xan Sarayında baş vermiş bədbəxt hadisənin təfərrüatları dəqiqləşib.

Yenicag.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata əsasən, yayılan ölüm xəbərləri yanlışdır.

Ərazidə olan təhlükəsizlik qüvvələrinin verdiyi məlumata görə, hadisə nəticəsində ölən olmayıb. Təxminən 15-20 nəfərin yaralandığı bildirilir. Onlar ikisinin vəziyyəti ağırdır.

Hazırda Şəki Xan Sarayına girişə məhdudiyyət qoyulub. Ərazidə fəsadların aradan qaldırılması işləri aparılır.

Məlumata görə, saraya girişə sabahdan icazə veriləcək.

***
13:13

Şəki Xan Sarayının önündəki çinarlardan biri aşıb.

Yenicag.az-ın hadisə yerində olan muxbirinin verdiyi xəbərə görə, hadisə nəticəsində sarayın önündə dayanan turistlərdən 10 nəfərə yaxın yaralanan var.

Belə ki, ağac qırılaraq turistlərin üzərinə aşıb. Bakıdan mütəxəssis həkim briqadasının Şəkiyə doğru yola çıxdığı bildirilir.

Hadisənin təfərrüatları barədə ətraflı məlumat veriləcək.

Loading...