!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəmkirdə əkin sahələri susuzluqdan MƏHV OLUR: İcra nümayəndəsi şəhid anasını belə təhqir edir - VİDEO

!Reklam – Yazi

Şəmkir rayonunun Çinarlı qəsəbəsinin sakinləri susuzluqdan əziyyət çəkirlər.

Yenicag.az-a şikayət ünvanlayan qəsəbə sakinləri susuzluqdan əkin sahələrinin yarasız hala düşdüyünü və heyvanların əziyyət çəkdiyini bildiriblər.

Sakinlərin sözlərinə görə, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Çinarlı qəsəbəsi üzrə icra nümayəndəsi Elçin Abbasov əkin sahələrinə su verilməsinin qarşısını alır. Kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar bildirirlər ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının əkin sahələrinə su verilməsi yönündəki konkret tapşırığını da heçə sayan Elçin Abbasov ictimaiyyət arasında dəfələrlə heç bir dövlət qurumunun göstərişinə əməl etmədiyini, “Burada mənəm, Bağdadda kor xəlifə” düşüncəsini dilə gətirib.

2021-ci ilin avqust ayından etibarən sahələrə su verilmədiyini qeyd edən sakinlər yalnız soğan üçün az miqdara su verildiyini, bunun da hər hektar üçün pul tələb edilməsindən qaynaqlandığını deyiblər.

“Şəhid anasının əkinini suvarması üçün belə bu adam xərac istəyir. Elçin Abbasov dəfələrlə edilmiş şikayətlərə cavab olaraq arxasında böyük güc olduğunu, heç kimin ona bata bilməyəcəyini deyir. Dəfələrlə sakinlərlə onun arasında münaqişə yaranıb. Elçin Abbasov hər dəfə sakinləri təhqir edib”, – deyə Çinarlı qəsəbə sakinləri bidiriblər.

Qeyd edək ki, sakinlərin şikayəti üzrə “Space” Televiziyasının xəbərlər proqramı da qəsəbədən reportaj hazırlayıb. Lakin bununla belə fermerlərin səsinə səs verən olmayıb.

COP29

www.yenicag.az

2834
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv