Ucarda saxlanılan şəxsdən odlu silah və narkotik vasitə aşkarlandı

media-hightechnic-468x90

Ucarda polisin həyata keçirdiyi əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 46 yaşlı Rüfət İbrahimov saxlanılıb. 

Yenicag.az xəbər verir ki, həmin şəxsdən psixotrop maddə olan metamfetamin və 1 ədəd “Kalaşnilov” avtomatı aşkarlanıb. R.İbrahimov həmin silahı satmaq məqsədi ilə Ucar rayonuna gətirdiyini bildirib.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa