Qnabri “Tottenhem”ə keçə bilər
“Bavariya”nın cinah oyunçusu Serj Qnabri İngiltərənin “Tottenhem” klubuna keçə bilər.
Yenicag.az xəbər verir ki, mətbuat əvvəllər London klubunun zədələnmiş Məhəmməd Kudusun yerinə oyunçu axtardığını qeyd etmişdi. Bundan əlavə, hücumçu Brennan Conson bu qış “Kristal Palas”a transfer olunub.
Qnabri 2012-2016-cı illərdə “Arsenal”da çıxış edib, daha sonra Bundesliqaya keçib. Almaniyalı cinah oyunçusu 2017-ci ildən “Bavariya”da oynayır və hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. Münhen klubunda olduğu müddətdə o, 310 oyun keçirib, 100 qol vurub və 69 məhsuldar ötürmə edib.
Bu mövsüm 30 yaşlı futbolçu bütün yarışlarda 25 oyunda iştirak edib, 7 qol vurub və 8 məhsuldar ötürmə edib.












