Səudiyyə Ərəbistanı ABŞ-dən 9 milyard dollarlıq “Patriot” raketləri alacaq

media-hightechnic-468x90

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına təxminən 9 milyard dollar dəyərində “Patriot” hava hücumundan müdafiə raketlərinin potensial satışını təsdiqləyib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Məlumata görə, Ər-Riyad ABŞ-dan 730 ədəd “PAC-3 MSE” tipli yer-hava raketi və əlaqəli avadanlıq almaq niyyətindədir. Satışla bağlı müvafiq bildiriş ABŞ Konqresinə təqdim olunub.

Pentaqon bildirir ki, bu sövdələşmə regionda güc balansını dəyişdirməyəcək və ABŞ ordusunun döyüş hazırlığına mənfi təsir göstərməyəcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05