!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SEPAH bu şəhəri mühasirəyə aldı

!Reklam – Yazi

Etnik bəlucların yaşadığı Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhəri SEPAH, polis və hərbi qüvvələr tərəfindən mühasirəyə alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Təhlükəsizlik tədbirləri bu gün cümə namazından sonra Məkki məscidindən başlayaraq keçirilməsi planlaşdırılan etiraz aksiyası ilə bağlıdır.

Fəallar bildirirlər ki, şəhər küçələrinə zirehli texnika cəlb edilib, Məkki məscidinə gedən yollar bağlanıb. Bir sıra binaların üstündə snayperlər yerləşdirilib.

Keçirilməsi ehtimal edilən aksiya ötən ilin sentyabr ayının 30-da Zahidan şəhərində baş verən və “qanlı cümə” kimi tanınan etirazçı bəlucların öldürülməsinin ildönümü ilə əlaqəlidir.

Qeyd edək ki, 30 sentyabr 2022-ci ilin cümə günündə bəluclar polis komandirinin 15 yaşlı qıza təcavüz etməsinə və cəzasız qalmasına görə etiraz aksiyası keçiriblər. Hökumət məmurlarının atəşi nəticəsində 13-ü uşaq olmaqla 103 nəfər ölüb, 300 nəfər isə yaralanıb.

www.yenicag.az

240
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv