!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərhəd döyüşlərinə Kremldən anlaşılmaz SÜKUT: “Gərginliyi yaradan Rusiyanın özüdür, nə reaksiya verəcək ki?”

!Reklam – Yazi

“İki ölkə arasında gərginliyin artmasında maraqlı olan Rusiya bununla regionda daha da möhkəmlənməyə çalışır”.

Bu fikirləri Ermənistanın Azərbaycanla sərhəddə genişmiqyaslı təxribata əl atmasına Rusiyadan heç bir reaksiya verilməməsinin səbəblərini şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədində davam edən gərginlik Rusiyanın növbəti provakasiyasıdır:

“Əlbəttə ki, Rusiyanın sərhəddə gedən döyüşlərə heç bir reaksiyasının olmaması təbiidir. Çünki gərginliyi yaradan Rusiyanın özüdür, nə reaksiya verəcək ki?

Burada Rusiyanın məqsədi tamamilə aydındır. İki ölkə arasında gərginliyin artmasında maraqlı olan Rusiya bununla regionda daha da möhkəmlənməyə çalışır.

Məşhur deyimi xatırlatsaq, ayının yüz oyunu bir armudun başındadır. Ona görə də sərhəddə gərginliyin artması, döyüş zonasının genişlənməsi istisna deyil”.

A.Zeynalov

www.yenicag.az

689
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv