Rusiyanın Soçi şəhərində hava limanında təyyarə alışıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, “Utair” hava şirkətinə məxsus Moskvadan Soçiyə uçan “Boeing 737” sərnişin təyyarəsi yerli vaxtla saat 02:59-da uçuş-enmə zolağından kənara çıxıb və yanıb. Hadisə zamanı 18 nəfər xəsarət alıb, 160 nəfər təxliyyə edilib. Xəsarət alanlar arasında 3 uşaq da var.
Hadisə zamanı aeroportun 1 əməkdaşının ürək tutmasından öldüyü bildirilib. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Alovun söndürülməsinə 5 yanğınsöndürmə texnikası cəlb edilib və saat 03:25-də yanğın lokallaşdırılıb. Bir saat sonra isə alov söndürülüb. Hadisə zamanı təyyarənin ön hissəsi də zərər çəkib.
Hazırda hava limanında həkimlər və psixoloqlar briqadası işləyir.