İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanında istifadə olunmuş ixtisas sualları açıqlanıb.
Təhsil İnstitutundan Yenicag.az-a bildirilib ki, 2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı 8 iyun 2024-cü ildə təşkil olunub.
Bu imtahanda 6 464 ibtidai sinif müəllimi iştirak edib.
İmtahanın təfərrüatları:
• Müddət: 120 dəqiqə
• Ümumi sual sayı: 60
Azərbaycan dili üzrə ixtisas suallarının sayı: 25
Riyaziyyat üzrə ixtisas suallarının sayı: 25
Tədris metodikası və təlim strategiyaları üzrə sualların sayı: 10
İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanının 3663 nəfərin iştirak etdiyi 1-ci seansında istifadə olunmuş ixtisas sualları ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
İbtidai sinif – Azərbaycan dili
İbtidai sinif – Riyaziyyat
Qeyd: tədris metodikası və təlim strategiyalarına aid suallar bütün fənlər üzrə oxşar olduğu və təhsilverənlərin sertifikatlaşdırılması prosesi davam etdiyi üçün bu suallar hazırda ictimaiyyətlə paylaşılmır.
www.yenicag.az