Sərxoş oğul atasını öldürdü – Gəncədə dəhşətli qətl

Gəncədə dəhşətli qətl hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, münaqişə zəminində oğul atasını qətlə yetirib.

Gəncə şəhər Dəmiryolu, 6 ünvanında yaşayan 1994-cü il təvəllüdlü Dadaşov Yusif Mübariz oğlu atası, 1967-ci il təvəllüdlü Dadaşov Mübariz Yusif oğlunu bıçaqlayaraq öldürüb. Cinayəti törədərkən oğulun sərxoş olduğu bildirilir.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanılıb. /oxu.az/