Səs-küy salan qonşuları hansı cəza gözləyir? - VİDEO

media-hightechnic-468x90

Axşam saatlarında şəhərin yorğun ritmi yavaşlayır, insanlar dincəlmək, günün yorğunluğunu çıxarmaq istəyirlər… Amma bəzən bu sakitliyi pozan gözlənilməz səslər olur: işləyən tozsoran, qaçan uşaq və ya döşəməni titrədən ayaq səsləri… Məhz bu cür hallar qonşular arasında narazılıqlara səbəb olur. Xüsusilə də gecə saatlarında səs-küyə məruz qalanlar üçün bu, ciddi bir problemə çevrilir…

Yenicag.az Xezerxeber.az-a istinadən məlumat verir ki, bu barədə vəkil Emil Aslanovun sözlərinə görə, əgər problem qarşılıqlı ünsiyyət zamanı həll olunmur və davamlı hal alırsa, bu zaman şikayət əsasında məsələ qanunvericiliklə tənzimlənir.

Həmçinin yaşayış olan ərazilərə avtomobillə daxil olarkən yüksək desibeldə musiqiyə qulaq asmaq da olmaz.

Mütəxəssislər bildirirlər ki, qonşudan gələn uşaq səsi sözügedən hallara istisna sayıla bilər. Amma bu da valideynlərin məsuliyyətindən kənarda deyil. Çünki, qonşulara qarşı hörmət prinsipi, hər bir fərdin hüququ qədər vacibdir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600