Səudiyyə Ərəbistanı Messiyə yerli çempionatda çıxış etməyə icazə vermədi

media-hightechnic-468x90

Səudiyyə Ərəbistanı Argentina millisinin futbolçusu Lionel Messiyə milli çempionatda oynamaq üçün icazə verməyib.

Yenicag.az xəbər verir ki, bu barədə “RMC Sport” radiosu məlumat yayıb.

Mənbənin məlumatına görə, Messi “İnter Mayami” (ABŞ) klubunun iştirak etdiyi MLS liqasındakı fasilə dövründə Səudiyyə Ərəbistanı klublarından birinə keçmək istəyib. O, bu addımı 2026-cı il dünya çempionatından öncə oyun təcrübəsini qorumaq məqsədilə etmək istəyib.

Lakin Səudiyyə Ərəbistanının idman rəhbərliyi argentinalı futbolçunun cəmi dörd ay müddətinə milli çempionatda çıxış etməsi ideyasını bəyənməyib.

Qeyd edək ki, bir müddət əvvəl “İnter Mayami” Lionel Messinin klubla müqaviləsini 2028-ci ilin dekabrına qədər uzatdığını açıqlayıb./Report/

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa