Sevgilisinə 18 bıçaq zərbəsi vurduğu deyilən meyxanaçı açıqlama verdi
Rusiyada yaşayan tanınmış meyxanaçı Vahid Qədim qeyri-qanuni yaşadığı sevgilisini bıçaqlaması xəbərlərinə aydınlıq gətirib.
Yenicag.az xəbər verir ki, həmkarı Mehman Əhmədli ilə bir araya gələn sənətçi yayılan şayiələri təkzib edib. Baltaya, bıçağa tövbə etdiyini bildirən Qədim azadlıqda olduğunu qeyd edib.
Qeyd edək ki, Vahid Qədimin sevgilisinə 18 bıçaq zərbəsi vurduğu iddia edilirdi.












