!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Şimal bölgəsində tədarük olunan oduncağın miqdarı açıqlandı

!Reklam – Yazi

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin odun yanacağı ilə təmin olunması üçün oduncaq tədarükü davam edir. Əhalinin sıx məskunlaşdığı, oduna daha çox tələbatın olduğu şimal bölgəsinin əhalisinə bu günədək 8825 m3 odun tədarük edilib.

Yenicag.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.

Onun sözlərinə görə, şimal bölgəsində Quba rayonu üzrə 4300 m3, Qusar rayonu üzrə 2000 m3, Xaçmaz rayonu üzrə 1200 m3, Şabran rayonu üzrə 1062 m3, Siyəzən rayonu üzrə 129 m3, Xızı rayonu üzrə isə134 m3 oduncaq tədarük olunub.

C.Qəribov onu da qeyd edib ki, odun yanacağı əldə etmək istəyənlər  Regional Meşə Təsərrüfatı Mərkəzlərinə müraciət edə bilərlər.

www.yenicag.az

242
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv