Şimali Koreyadan dünyaya böyük təhdid
Şimali Koreya hökuməti ölkənin əsas nüvə təsisatını tam fəaliyyətə keçirməsi haqda qərar verib.
Yenicag.az xəbər verir ki, Şimali Koreya rəsmiləri ABŞ-ın hər hansı həmləsinə qarşı nüvə silahları cavab verəcəyini bildirib. Qeyd edək ki, ölkənin şimal-qərbində yerləşən Yongbyon şəhərində yerləşən nüvə təsisatı tam gücü ilə fəaliyyət başlayıb. Sözügedən təsisat 2007-ci ildən bəri gizli saxlanılırdı.