!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Simonyanın Qarabağ etirafı Ermənistanı QARIŞDIRDI – İrəvana təzyiqlər böyüyür

!Reklam – Yazi

“Ermənistan parlamentinin spikeri Alen Simonyanın Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri ilə bağlı olan açıqlamaları daha çox daxili auditoriyaya hesablanıb”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O, Ermənistan parlamentinin spikeri Alen Simonyanın məlum məsələ ilə bağlı açıqlamasının pərdəarxası məqamlarına toxunub.

Politoloqun fikrincə, Paşinyan hakimiyyətinə müxalif olan qüvvələr müharibədən keçən 4 il ərzində iqtidarı məhz müharibənin başlamasının qarşısı almamaqda, müharibə dövründə yetərli qədər beynəlxalq dəstəyi təmin edə bilməməkdə Ermənistanın məğlubiyyətə uğraması fonunda hakimiyyəti tənqid atəşinə tutur:

“Simonyan da bu cür açıqlama verməklə, faktiki olaraq, o mesajı verməyə çalışır ki, əgər əvvəlki hakimiyyətlərin dövründə BMT-nin məlum 4 qətnaməsi olmasaydı, eləcə də o qətnamələr nəticəsində beynəlxalq birlik Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasaydı, o zaman müharibədə Paşinyan hakimiyyəti yetərli dəstəyi ala və müharibənin nəticələri başqa cür ola bilərdi”.

Onun sözlərinə görə, Simonyanın fikirləri daha çox daxili auditoriya üçün hesablanıb:

“Bu, müxalifətin arqumentlərini alt-üst etmək üçün onlara verilmiş mesaj kimi qəbul olunmalıdır. Təbii ki, bu gün Ermənistana beynəlxalq təzyiq mövcuddur və xüsusilə də ABŞ tərəfindən olan təzyiqləri tez bir zamanda tərəflər arasında sülh sazişinin imzalanmasını özündə ehtiva edir. Məlumdur ki, dünən ABŞ prezidenti Co Baydenin Prezident İlham Əliyevə müvafiq məktubu, eyni zamanda, köməkçisinin ölkəmizə səfəri oldu. Vaşinqton tərəfindən ilin sonuna qədər sülh istiqamətində irəliləyişlərin olması və sülhün əldə olunması ilə bağlı çağırış edildi. Böyük ehtimalla, analoji çağırış İrəvana da edilib. Həmin çağırış məktubunda da hər iki tərəfdən razılaşdırılmamış bəndlərlə bağlı fikirlər səsləndirilib”.

R. Bayramovun dediyinə görə, Azərbaycanın bu mənada edə biləcəyi güzəşt isə faktiki olaraq yoxdur:

“Çünki bizim üzərində dayandığımız və sülh üçün mane olacaq yeganə amil Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Bu arada bizim güzəştə getməyimiz və bu maddə olmadan sülh sazişinin imzalanması həmin sazişin kağız parçasından başqa bir şey olmayacağını deməyə əsas verəcək. Deməli, burada söhbət Ermənistanın konkret burada addımlar atmasından gedir. Simonyan da Paşinyan hakimiyyətinin mövqeyini ictimai rəyə çatdırmağa çalışır ki, Qarabağı bütün dünya Azərbaycanın tərkib hissəsi kimi tanıyır. O baxımdan da Ermənistan konstitusiyasında Qarabağla bağlı ərazi iddialarının qalması dünya birliyi tərəfindən də düzgün qəbul olunmur. Yəni bu, beynəlxalq təzyiq nəticəsində Paşinyan hakimiyyətinin ictimai rəyi hazırlaması prosesi kimi qəbul oluna bilər”.

Rafi Müslümov

COP29

www.yenicag.az

128
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv