Trampdan Ərdoğana SİYASİ JEST – ABŞ-Türkiyə münasibətləri RELSƏ OTURUR?

media-hightechnic-468x90

“Qardaş ölkə Prezidentinin yalnız müsəlman dünyasında deyil, dünya liderləri arasındakı nüfuzu da göz önündədir”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O, BMT çərçivəsində ABŞ-də baş tutan tədbirin Müsəlman Liderlər toplantısında ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə oturmasının pərdəarxası mesajlarını şərh edib.

Deputat bildirib ki, BMT çərçivəsində ABŞ-də baş tutan müsəlman ölkələri liderlərinin toplantısında maraqlı anlar yaşandı:

“Xüsusilə Trampın Ərdoğanla yanaşı əyləşməsi və müsəlman ölkələri adından Ərdoğana hörmətini göstərməsi hər birimizi sevindirdi. Qardaş ölkə Prezidentinin yalnız müsəlman dünyasında deyil, dünya liderləri arasındakı nüfuzu da göz önündədir. Trampın əvvəlki prezidentliyi dövründə də Ərdoğan haqqında dediyi müsbət fikirlər hamımızın yadındadır”.

Onun sözlərinə görə, bu tədbirdə Trampın müsəlman ölkələri rəhbərləri ilə görüşü xoş məqamıdır:

“O, dünyada baş verən hadisələr fonunda ABŞ-nin mövqeyini açıqladı, müharibələr, təhlükələr və ümumən narahat beynəlxalq vəziyyət şəraitində sülh dəyərlərini ön plana çıxardı. Bayden hakimiyyəti dövründə Türkiyə ilə ABŞ arasında münasibətlər xeyli soyumuşdu. Bayden administrasiyasının həm Türkiyəyə, həm də Azərbaycana qarşı sərgilədiyi mövqe anlaşılmaz idi. İndi isə Trampın Ərdoğanla görüşü və əldə olunacaq nəticələr iki ölkə arasındakı münasibətləri istiləşdirəcək”.

“Eyni zamanda açıq-aydın görünür ki, Tramp Türkiyəni yalnız regional deyil, həm də qlobal güc kimi qəbul edir, Ərdoğanı isə dünya liderləri sırasında mühüm şəxs sayır. Bu görüşün nəticələri yaxın zamanlarda özünü daha aydın şəkildə göstərəcək”, – deyə o, fikirlərini tamamlayıb.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa