Bu ilin yay mövsümündə günvuran insanların sayı açıqlandı

media-hightechnic-468x90

Bu ilin yay mövsümündə (iyun, iyul, avqust) Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ölkə üzrə günvurma ilə əlaqədar 100-ə yaxın şəxsin müraciəti qeydə alınıb.

Bu barədə Yenicag.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, daxil olan müraciətlərdən 76-sı Bakı şəhəri üzrə olub və onlardan 36 nəfər aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya edilib. Digər 35 nəfərə yerində tibbi yardım göstərilib, 5 nəfər isə hospitalizasiyadan imtina edib.

Eyni zamanda, günvurma ilə əlaqədar Sumqayıt, Şirvan, Salyan, Siyəzən, Astara, Zaqatala, Qəbələ, Quba, Qax, Ağstafa, Sabirabad, Hacıqabul, Neftçala, Zaqatala və s. bölgələrdən də 23 nəfərin çağırışı daxil olub. Onlardan 13 nəfərə yerində tibbi yardım göstərilib, 10 nəfər isə tibb müəssisələrinə hospitalizasiya olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa