Ölkə iqtisadiyyatı üçün YENİ MƏRHƏLƏ: “Trampın Azərbaycanla bağlı səsləndirdiyi fikirlər...”
“Trampın Azərbaycan ilə bağlı səsləndirdiyi fikirlər həm neft, həm də qeyri-neft sektoruna öz töhfəsini verəcək”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova bildirib.
Ekspert ABŞ Prezidenti Donald Trampın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqqında müsbət fikirlərini şərh edib.
O, həmçinin İlham Əliyevin ABŞ-də bır sıra beynəlxalq təşkilatlarla keçirdiyi görüşlərin Azərbaycan üçün hansı inkişafa yol açacağını sadalayıb:
“Azərbaycanın Avropanı təhlükəsiz enerji ilə təmin etməsi, həmçinin ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə bağlı səsləndirdiyi fikirlər xarici investorları daha da Azərbaycan iqtisadiyyatına yaxınlaşdırıb. İqtisadi maraq təkcə enerji sektoru üçün deyil, qeyri-neft sektorunun inkişafına da öz töhfəsini verəcək. Qarabağ iqtisadi zonasına, həmçinin Zəngəzur dəhlizi ilə bağlı layihələrin icrasına, həmçinin yeni telekommunikasiya mərkəzləri, kibertəhlükəsizliklə bağlı işlərin icrasına xarici investisiya yatırımı gözlənilir. Təbiidir ki, həm qeyri-neft sektorunun inkişafı, həm də sosial iqtisadi inkişaf baxımdan xüsusi səmərə təşkil edəcək. Məlumdur ki, işsizlik problemi həmçinin, beyin axını mövcuddur .Sadalanan işlər çərçivəsində yeni iş yerlərinin açılması bu kimi problemləri həll etməyə dəstək olacaq”.
Nurlan Cəfəri