Əliyev revanşistlərə BMT kürsüsündən CAVAB VERDİ – Prezidentin ünvana yollanan MÜHÜM MESAJI

media-hightechnic-468x90

“Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri ətrafında başlanan müzakirələr təbiidir və heç şübhəsiz ki, istər rəsmi Moskva, istərsə də bölgədə marağı olan digər qlobal güclər bu təmaslardan Cənubi Qafqazda qüvvələr balansının dəyişdirilməsi üçün istifadə etməyə çalışacaqlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

media-1721219471_65cd08fa1c44765cd08fa1c4481707935994d918d1cc74e49a040aac4c5fa788d0c7

O bildirib ki, bu cəhdləri proqnozlaşdırmaq çətin deyil:

“Lakin bir reallığı unutmaq olmaz ki, Prezident İlham Əliyev elə bir geosiyasi konfiqurasiya formalaşdırıb ki, özlüyündə Rusiya da daxil olmaqla, hər hansı subyekt Azərbaycanın hərbi-siyasi qələbələri nəticəsində yaranmış status-kvonu dəyişmək iqtidarında deyil. Sirr deyil ki, cari situasiyada regiona hər hansı kənar müdaxilə Azərbaycanın təşəbbüsləri ilə reallaşan və Vaşinqton görüşü ilə sığortalanmış de-fakto sülh üçün təhdid deməkdir”.

“Təsadüfi deyil ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında da məhz bu məqama toxunaraq, Azərbaycan və Ermənistan arasında danışıqların müxtəlif təxribatlara baxmayaraq, yalnız ikitərəfli əsasda aparıldığını və hər hansı kənar müdaxilə olmadığı üçün müsbət nəticələr verdiyini həm bəyan etmiş, həm də aidiyyəti qüvvələrə xatırlatmışdır” – deyə o, əlavə edib.

Sonda millət vəkili onu da söyləyib ki, belə bir məqamda Ermənistan da anlamalıdır ki, region üçün tarixi şans sayılan sülh və sabitlik, o cümlədən qarşılıqlı faydalı əməkdaşlıq vəd edən mühiti pozmaq ilk növbədə İrəvanın özü üçün böyük problemlərə yol aça, Ermənistanın dalan dövlət statusunu daha da dərinləşdirə bilər.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa