Türkiyə F-35 və F-16 müzakirələrində: Vaşinqton elə şərtlər qoydu ki...
“F-35-ləri Türkiyə almaq istəyəcək, ancaq bunun üçün şərtlər uyğun olmalıdır”.
Bu fikri ABŞ-də Tramp Ərdoğan görüşü və F-35-lərin Türkiyəyə satılma ehtimalını Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.
O, bildirib ki, Türkiyənin Rusiya ilə əlaqələri kəsəcəyi inandırıcı deyil:
“Rusiyaya qarşı sanksiyalara Türkiyə qoşulmayıb. Türkiyə iqtisadi vəziyyətinin gücləndirilməsi yönündə addımlar atır. Ankara artıq Rusiyadan ucuz qiymətə neft, qaz və taxıl alır”.
O, söyləyib ki, F-16-ların modernləşdirlməsi və F-35-lərin satışı artıq müzakirə olunub:
“ABŞ Yunanıstana “Patriot” hava hücumundan müdafiə kompleksini satıb. Türkiyəyə isə bu sistem satılmayıb. Türkiyənin ərazisində yalnız ABŞ hərbi bazalarını qoruyan “Patriot”lar var. Bu “Patriot”lar Türkiyənin hava məkanını müdafiə etmir. Türkiyə çalışır ki, öz maraqlarını qorusun. Bunu həm iqtisadi, həm də müdafiə yönündən etmək niyyətindədir”.
R. Məhərrəmovun fikrincə, Türkiyənin Rusiya ilə əlaqələri kəsəcəyi inandırıcı deyil:
“Türkiyə F-35-ləri almaq istəyər. Ankara Moskva ilə əlaqələri kəssə, ciddi iqtisadi itkilərlə üzləşəcək. Türkiyənin hava məkanı iki formada qorunur. Bunu aviabazaların qorunması və F-16-larla patrul xidməti ilə təmin edirlər. Ancaq Türkiyə mərkəzləşmiş hava hücumundan müdafiə sistemi qurmaq istəyir. F-35-ləri Türkiyə almaq istəyəcək, ancaq bunun üçün şərtlər uyğun olmalıdır”.
Səxavət Məmməd