Sinan Oğandan Nagehan Alçıya: "Azərbaycana giriş qadağanızın acısı keçməyib, deyəsən!" - FOTO

media-hightechnic-468x90

Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlayan ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğan onun bu qərarı almasında Azərbaycan faktoru haqqında paylaşım edib.

Yenicag.az xəbər verir ki, Türkiyə toplumunda müsbət obrazı olmayan Nagehan Alçı adlı jurnalistin ittihamına cavab verən Oğan bu kimi iddiaların Türkiyədə Azərbaycana qarşı ictimai rəy yaratmaq olduğunu qeyd edib.

“Məqsədinizin Azərbaycan Prezidentinin Türkiyənin daxili siyasətinə qarışdığını iddia edib Türkiyədə Azərbaycana qarşı bir cəbhə yaratmaq olduğunu bilmədiyimizi zənn edirsiniz! Azərbaycana giriş qadağanızın acısı keçməyib, deyəsən!” – deyə o vurğulayıb.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600