Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şirvanşahlar Sarayındakı baxımsızlıq bir ailənin xəstələnməsinə SƏBƏB OLDU: Nazirlik isə susur - ŞİKAYƏT / FOTO - VİDEO

“Şirvanşahlar Sarayı Kompleksi”nin həyətindəki ölü pişik cəsədlərindən ailə üzvlərim xəstəliyə yoluxdu”.

Bunu Şirvanşahlar Sarayını ailə üzvləri ilə ziyarət etdikdən sonra özünün və ailə üzvlərinin səhhətində yaranan problemlərdən və eyni zamanda Tarix-Memarlıq qoruq-muzeyindəki acınacaqlı vəziyyətdən şikayət edən fleboloq cərrah İsmayıl Əsgərov Yenicag.az-a açıqlamasında deyib.

İsmayıl Əsgərov bildirib ki, 9 oktyabrda ailə üzvləri ilə Şirvanşahlar Sarayını gəzməyə gediblər. Hamam kompleksini ziyarət edəndən bir gün sonra 5 yaşlı qızının ayaqlarında və müalicə dövrünün gedişatında dəyişiklik hiss edib, son nəticə olaraq, evdə birə aşkarlanıb:

“Hazırda bütün evi dərmanlamışam. Açıq havada natəmizlik baş alıb gedən tarixi hamamın həyətində gördük ki, ayaqlarımız dizə qədər həşəratlarla, birələrlə doludur. Nə qədər cəld təmizləməyə çalışsaq da, sancmalar oldu. Hər üçümüzün ayaqlarında problem yarandı, qızımda isə vəziyyət daha ciddidir. Qeyd edim ki, hamam kompleksinin həyətində ölü pişik cəsədləri var idi. Yüksək ehtimalla, həmin cəsədlərdə olan birələr üstümüzə sıçrayıb. Çünki birə sadəcə otda yaşamır, heyvan cəsədində də olur. Əgər özüm həkim olmasaydım, hazırda daha da ciddi problemlə qarşılaşacaqdıq. Çünki birələr taun və yatalaq xəstəliyinin mənbəyidir. Kəskin qaşınmalar səbəbindən qızıma “Ataraks” dərmanı verməyə məcbur oldum.

Rastlaşdığımız xoşagəlməz halla bağlı Mədəniyyət Nazirliyinə zəng vurdum. Cavabında bu məsələnin onlara aid olmadığını dedilər. Muzeylərlə bağlı bir mərkəzin nömrəsini verdilər. O nömrəyə isə ümumiyyətlə, zəng etmək olmur. Hətta Mədəniyyət Nazirliyinin 147 “Qaynar xətt”i ilə əlaqə saxlamağa çalışdım, amma nömrə işləmir. Məsləhət görürəm ki, heç kim həmin hamam kompleksinə getməsin”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, o cümlədən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Gülşən Şərif

www.yenicag.az

341
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100