!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siyasi ekspertlər Ukrayna Azərbaycanlıları Radasının qonağı oldu - FOTO

!Reklam – Yazi

Ukrayna Azərbaycanlıları Radasının ofisində Ukrayna Sosial İnkişaf Mərkəzinin rəhbəri İya Suxitaşvili və politoloq, Ukrayna Sosial İnkişaf Mərkəzinin siyasi və hüquqi proqramlar şöbəsinin rəhbəri İqor Reyteroviçlə görüş olub.

Yenicag.az xəbər verir ki, görüşdə Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsi və bu qələbənin regionda yaratdığı yeni situatsiya müzakirə olunub.

Qonaqları Ukrayna Azərbaycanlıları Radasının həmtəsisçiləri Oleq Krapivin və Hikmət Cavadovun adından salamlayan UAR baş katibi Ceyhun Məmmədov müharibə zamanı Azərbaycana verdikləri dəstək üçün İya Suxitaşvili və İqor Reyteroviçə təşəkkür edib. “Müharibənin ən çətin tərəfi ona doğru hazırlaşmaq, doğru zamanda başlamaq və doğru zamanda qələbə ilə bitirməkdir. Azərbaycan xalqı və siyai rəhbərliyi bu çətin işin öhdəsindən şərəflə gəldi ” deyən Məmmədov Ukraynaya xalqına da qısa zamanda öz ərazi bütövlüyü təmin etməyi arzuladığını bildirib.

Azərbaycanın şərəfli qələbəsinin ildönümün yaxınlaşdığını bildirən mərkəz rəhbəri İya Suxitaşvili bu mübarizənin və qələbənin Ukrayna ictimayyətinə doğru çatdırılması üçün tədbirlər planın hazırlanmasının vacibliyini vurğulayıb.

Regionda Azərbaycanın yarattığı yeni situatsiyaya toxunan İqor Reyteroviçl müharibə dövründə birmənalı olaraq Azərbaycanın yanında, ədalətin yanında olduqlarını qeyd edib. Politoloq inandığını bildirib ki, Ukrayna bu situatsiyadan doğru qiymətləndirib lazım olan addımları zamanında atacaq

Görüşdə ekspertlərə Ukraynada olan Azərbaycan diasporu haqqında geniş məlumat verilib.

www.yenicag.az

433
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv