Solovyovların, zatulinlərin oyunları baş tutmadı – POLİTOLOQ

media-hightechnic-468x90

“Bundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlərə xələl gətirəcək ritorikadan kənar davranmalıyıq”.

 

Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.

media-img-20251010-wa0037

Politoloq Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündəki önəmli məqamlara və qəzaya uğrayan AZAL təyyarəsinə görə qonşu ölkə prezidentinin üzrxahlıq etməsi mövzusuna toxunub:

“Azərbaycan-Rusiya münasibətləri özünün ən gərgin dövrlərindən birini yaşayırdı. Qeyd etməliyik ki, bunu nə biz başlamışdıq, nə də bunda israrlı idik. Yeganə istəyimiz günahkarların cəzalandırılması, kompensasiyanın verilməsi, üzr istənilməsi, məsuliyyətin qəbul edilməsi idi. Son 10 ayda yaşanan gərginliyin nə ilə bitəcəyi isə əsas müzakirə mövzularından biri idi. Rusiya və Azərbaycan Liderlərinin Tacikistanda baş tutan görüşü münasibətlərin tam normallaşması deməkdir. Görüşdə Azərbaycan üçün ən həssas məsələ üzərində dayanıldı. Rusiya lideri Vladimir Putinin istifadə etdiyi cümlələr, müraciət etdiyi ritorika ondan xəbər verdi ki, istintaq yekunlaşmaq üzrədir. Bu barədə Azərbaycan xalqına məlumat veriləcək. Təbii ki, görüşü analiz etdiyimiz zaman görürük ki, Azərbaycan xalqına və onun Liderinə yüksək hörmət var”.

Ş. Həsənova görüşün hər iki ölkə üçün müsbət nəticələrlə bitdiyini qeyd edib:

“Bu görüşü bütövlükdə müsbət dəyərləndirməliyik. Bundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlərə xələl getirəcək ritorikadan kənar davranmalıyıq. Qeyd olunmalı əsas amillərdən biri odur ki, Azərbaycanın əleyhinə qara piar aparan solovyovların, zatulinlərin, simonyanların oyunları baş tutmadı. Münasibətlər müsbət məcrada davam edəcək. “Sputnik Azərbaycan”ın əməkdaşının azadlığa buraxılması bundan xəbər verir. Bütövlükdə, MDB ölkələri ilə münasibətlərin müsbət inkişafı lazımdır, ölkələrimizi tarixi bağlar bir-birinə bağlıyır, mədəni bağlar bizi daha da yaxın edir. Gələcəyə baxarkən ortaq tariximizə və keçmişimizə hörmət etməliyik. Şübhəsiz ki, bunlar bizim dəyərlərimizdir və bu istiqamətdə hər bir tərəf həssaslıq göstərməlidir”.

 

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa