10 iyun – 3 iyul tarixləri ərzində Azərbaycana 57 min 636 turist gəlib.
Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.
Xarici ölkələr üzrə turist sayında ilk onluq aşağıdakı kimidir:
- Rusiya Federasiyası – 22907 nəfər
- Türkiyə – 15906 nəfər
- İran – 6353 nəfər
- Gürcüstan – 3920 nəfər
- Ukrayna – 1637 nəfər
- Danimarka – 1216 nəfər
- Birləşmiş Krallıq – 698 nəfər
- Belarus – 473 nəfər
- İsveçrə – 434 nəfər
- Almaniya – 401 nəfər
Qeyd edək ki, “Avro 2020” oyunlarının 4 qarşılaşması Bakıda keçirilib və bununla əlaqədar turist sayında artım qeydə alınıb. Xüsusən, Türkiyə, İsveçrə, Danimarka və Böyük Britaniyadan ölkəmizə gələnlərin sayı ötən dövrlərlə müqayisədə çox olub.
www.yenicag.az