!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sosial şəbəkədəki “XOŞBƏXT AİLƏ TABLOSU”: “Onların gerçək həyatı göstərildiyi kimi deyil”

!Reklam – Yazi

“Sosial şəbəkələr həyatımıza girdikdən sonra, insanlar hər şeyi göstəriş, nümayiş xatirinə yaşayır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında insanların özünü başqaları ilə müqayisə etməsindən danışan sosioloq Lalə Mehralı deyib.

Onun sözlərinə görə, bu, əslində, dövrümüzün xəstəliyidir deyə bilərik.

“Çünki sağlam psixologiyada olan insanlar heç vaxt özünü başqaları ilə müqayisə edərək, özündə olmayan şeylərə görə həyatı özünə zindan etməz. Sosial şəbəkələr həyatımıza girdikdən sonra, insanlar hər şeyi göstəriş, nümayiş xatirinə yaşayır. Sanki hamı bir-birinə “ən yaxşı mən yaşayıram”, mənim ailəm ən xoşbəxt, uşaqlarım ən tərbiyəli uşaqdır”, “hər şeyin ən yaxşısı məndədir” fikirlərini sübut etməyə çalışır”, – deyə o əlavə edib.

Sosioloq qeyd edib ki, ümumiyyətlə, “mən” xəstəliyi cəmiyyəti cənginə alıb:

“İnsanlar özündə olmayan şeyləri başqalarında gördükdə də buna görə həyatı özlərinə zəhər edə, ailələrində problem yarada bilirlər. Onlarda “niyə başqasının yaşadığı yaxşı həyatı mən yaşamayım?”, “niyə o həyatı yaşamağa o layiqdir mən isə yox?” fikirləri formalaşır. Əvvəllər xəbərmiz olmayan şeyləri, getmədiyimiz məkanları, tanımadığımız yerləri indi sosial şəbəkələrdə görərək, onda varsa, məndə də olmalıdır fikri yaranır. Başqasının sosial şəbəkədə göstərdiyi “xoşbəxt ailə” tablosunu özlərində görmürlər deyə, depresiyaya girirlər. Lakin anlamırlar ki, sosial şəbəkədə pul üzərində hesablanmış kontentlər var ki, onların gerçək həyatı, əslində, göstərildiyi kimi deyil. Bu, əslində onlar üçün pul qazanma mexanizmi, alətdir. Bütün bunlara da sadə insanlar aldanırlar”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

346
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv