Sevda Ələkbərzadə: "Onlar efirə buraxılmırdı"

media-hightechnic-468x90

“O vaxtın bayağı musiqisi indiki bayağı musiqi ilə müqayisədə əməlli-başlı sənət nümunəsi idi”.

Yenicag.az xəbər verir ki, bu sözləri əməkdar artist, müğənni Sevda Ələkbərzadə “Günə Bax” verilişində səsləndirib.

Sənətçi hər zaman bayağı musiqilərin mövcud olduğunu, lakin əvvəllər senzura tətbiq edildiyi üçün belə ifaçıların efirlərə buraxılmadığını bildirib:

Əvvəllər də belə müğənnilər çox idi, lakin senzura səbəbindən onlar efirə çıxa bilmirdilər. Onlar sadəcə studiyalarda mahnılarını yazdırıb paylayırdılar. O dövrdə heç sosial şəbəkələr də yox idi. Efirə düşə bilmədikləri üçün biz onları görmürdük və tanımırdıq. Buna görə də, efirlərdə yalnız yüksək səviyyəli nümunəvi ifaçıları görmək mümkün idi. Amma həmin ifaçıları toylarda eşidə bilirdik. İndi isə internet var və bəzi kanalları çıxmaq şərtilə onlar efirlərə çıxır, bununla da insanlara daha yaxın olurlar. Biz onların necə sevildiyini və populyar olduğunu müşahidə edirik. Belə hallar hər zaman mövcud olub, lakin o vaxtın musiqisi indiki bayağı musiqi ilə müqayisədə daha keyfiyyətli musiqi hesab olunurdu.”

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa