İlham Əliyevin son Özbəkistan səfəri göstərdi ki… - Tanınmış telejurnalist Həsən Öztürk “Yeni Çağ”a yazdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanda keçirilən son Mərkəzi Asiya Türk Respublikaları toplantısında xüsusilə Zəngəzur dəhlizinin əhəmiyyətini vurğuladı. O, çıxışında dünya ticarətinin ürəyi sayılan Orta Dəhlizdə Zəngəzur dəhlizinin strateji roluna toxundu. Həmçinin qeyd etdi ki, Azərbaycan tərəfindən inşa olunan hissə demək olar ki, tamamlanmaq üzrədir.

Bu son açıqlama Mərkəzi Asiya ölkələri, xüsusilə də Türk Respublikaları üçün Qərblə ticarət və inteqrasiya məsələsində əsaslı bir dönüş nöqtəsidir. Bu baxımdan Azərbaycanın da, Türkiyə kimi, əsas nəqliyyat marşrutlarından biri olduğu bir daha təsdiqlənir.
Mərkəzi Asiya Türk Respublikaları ilə Azərbaycanın qurduğu bu yeni model dünya ticarəti baxımından Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində oynadığı açar rola görə çox önəmlidir. Türkiyə ilə Azərbaycan arasındakı birlik, Türk Respublikaları ilə formalaşan əməkdaşlıq üçün də xüsusi əhəmiyyət kəsb edir.
Son Özbəkistan Zirvəsi göstərdi ki, Uzaq Şərqi, Mərkəzi Asiyanı və Türk Respublikalarını Azərbaycansız təsəvvür etmək mümkün deyil.
Həsən Öztürk
Türkiyənin Ülke TV telekanalının baş redaktoru












