Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sosial şəbəkələrin yaratdığı ASILILIQ: "Bu insanlar real dəyər faktorlarını dərk etmirlər"

“Sosial şəbəkələrdən asılılığı olan insanlar üçün əlçatanlılıq təmin olunmayanda onlarda stress yaranır”.

Ötən gün sosial şəbəkələrin işində yaranan bir neçə saatlıq problem fonunda insanlarda meydana gələn ciddi narahatlığın psixoloji təsirlərini dəyərləndirən psixoloq Fərqanə Mehmanqızı Yenicag.az-a açıqlamasında deyib.

Psixoloqun fikrincə, sosial şəbəkələrinin işləməməsi internet asılılığından əziyyət çəkən insanların psixoloji vəziyyətinə təsirsiz ötüşmür:

“Sosial şəbəkələrin işləməməsi nəticəsində yaranan narahatlıq cəmiyyətin həmrəylik psixologiyasını önə çıxarır. Belə ki, hansısa hadisə baş verdikdə geniş miqyasda müzakirə edilir. Bu gün insanlar yaşanan hər şeyi ajiotaj kimi təqdim etməyə və altında daha ciddi səbəblərin durduğunu düşünməyə öyrəşiblər. Yəni artıq insanlar hər şeyi özləri üçün təhlükə hesab edirlər. İki ildir ki, pandemiya dövrü yaşanır və insanlarda qorxu qarışıq aqressiya mövcuddur. Ötən gün sosial şəbəkələrin anidən işləməməsi də insanların psixoloji vəziyyətinə mənfi təsir etdi. Dünənki hadisə sosial şəbəkədən ifrat asılılığı olan insanlarda stress, gərginlik yaratdı. İnsanın dəyər faktorları var. Real həyatdakı dəyər faktorlarını dərk edənlər üçün sosial şəbəkələrin işləməməsi ciddi problem yaratmır”.

Gülşən Şərif

www.yenicag.az

206
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100