7 il əvvəl fəzaya buraxılan və idarəetmədən çıxan “SpaceX” raketinin Ayla toqquşacağı bildirilir.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, “Ars Technica”da məqalə ilə çıxış edən araşdırmaçı Erik Borger sözügedən raketin Ayla toqquşma istiqamətində hərəkət etdiyini qeyd edib.
Harvard Universitetinin əməkdaşı, astrofizik Conatan MakDouel isə raketin cari ilin 4 martında Ayla toqquşma ehtimalı olduğunu bildirib. Astrofizikə görə, bu toqquşmanın önəmli nəticələri olmayacaq.
Qeyd edək ki, “SpaceX” raketi 2015-ci ilin fevralında kosmosa göndərilmiş, daha sonra idarəetmədən çıxmışdı. Raket saatda 2 min 58 kilometr sürətlə Aya doğru yaxınlaşmaqdadır.
www.yenicag.az