SSRİ əfsanəsi dünyasını dəyişdi
SSRİ-nin əfsanəvi hokkey məşqçisi Viktor Tixonov dünyasını dəyişib.
Məlumata görə, üçqat olimpiya çempionu olan Tixonov 85 yaşında uzunmüddət sürən xəstəlikdən sonra Moskvada vəfat edib.
V.Tixonov oktyabr ayının ortalarında hospitala yerləşdirilmişdi. O, sərbəst hərəkət edə bilmirdi.
Xatırladaq ki, Tixonov SSRİ yığmasına 3 dəfə qızıl medal qazandırıb. Onun rəhbərlik etdiyi komanda 8 dəfə dünya çempionu olub. ÇSКА 13 dəfə SSRİ çempionu olub.
Onun başçılığı ilə SSRİ yığması 1984 və 1988-ci illərdə, MDB komandası isə 1992-ci ildə Olimpiya Oyunlarının ən yüksək mükafatına layiq görülüb.
Tixonov SSRİ çempionatlarında 296 matç keçirib. Hokkey ustası iki dəfə Rusiya yığmasına rəhbərlik edib (anspress.com)