Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Sülhəddin Əkbər keçmiş komanda üzvləri haqda “agent” iddialarını sübut etməlidir” - Tahir Kərimli

Reklam: Sinerji Pro

“Ancaq təəssüf ki, Elçibəyin o cinayət işini bizə vermədilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında 1992-93-cü illərdə milli təhlükəsizlik nazirinin müavini olmuş Sülhəddin Əkbərin “Azadlıq” radiosuna müsahibəsində sabiq hakimiyyət komandasının əksər üzvlərinin “KQB” agenti olması haqda səsləndirdiyi fikirlərə münasibət bildirən Ali Məhkəmənin keçmiş sədri, millət vəkili Tahir Kərimli deyib.

Tahir Kərimlinin fikrincə, kifayət qədər ciddi ittihamlar irəli sürən Sülhəddin Əkbər bu dediklərini konkret faktlarla sübut etməlidir:

“Mənim o dövrdə Milli Təhlükəsizlik Nazirliyi ilə iki dəfə işim olub. Birinci dəfə dövlət katibi Pənah Hüseyn və baş prokuror İxtiyar Şirinlə nazirliyin möhürlənməsi zamanı orada olmuşam. Ancaq möhürlənmiş arxivin açılıb-açılmaması haqqında heç bir məlumatım yoxdur.

İkinci işim isə Əbülfəz bəy haqqında sovet vaxtı kəsilmiş cəza üçün Ali Məhkəmədə bəraət verilməsi məqsədilə həmin cinayət işini tələb edəndə olub. Ancaq təəssüf ki, Elçibəyin o cinayət işini bizə vermədilər. Amma nazir mənə prezidentlə danışmağı məsləhət gördü.

Mən də bu barədə prezidentlə danışdım və o mənə tələsməməyi tövsiyə etdi. Sonra isə hakimiyyətimiz yıxıldı. O işi vermədilər ki, Ali Məhkəmədə ona baxaq. Bu iki epizoddan başqa MTN-lə bağlı hər hansı bir şey deyə bilmərəm. İndi Sülhəddin Əkbər bu barədə danışırsa, gərək sübut eləsin. Bu isə çətin məsələdir”.

Aqil Bəkir

www.yenicag.az

1070