“Sumqayıt” “Araz-Naxçıvan”a qalib gəldi

media-hightechnic-468x90

Misli Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

Yenicag.az-ın məlumatına görə, günün ikinci matçında “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:2.

“Gənclik şəhəri” təmsilçisinin heyətində Roi Kehat 17 və 78-ci dəqiqələrdə, Ronaldo Vaskez 69-cu dəqiqədə fərqlənib. Naxçıvan klubunun qollarına 41-ci dəqiqədə Şarl Boli və 50-ci dəqiqədə Patrik Andrade vurub.

Bu nəticədən sonra xallarının sayını 17-yə çatdıran “Sumqayıt” dördüncü pilləyə yüksəlib. “Araz-Naxçıvan” 16 xalla beşinci sıradadır.

Günün ilk matçında “Turan Tovuz” evdə “Şamaxı”nı üstələyib – 2:1.

Qeyd edək ki, tura noyabrın 3-də “Sabah” – “Qəbələ” qarşılaşması ilə yekun vurulacaq. Əvvəlki oyunlarda “Qarabağ” “İmişli”ni (2:0), “Zirə” “Karvan-Yevlax”ı (3:2), “Neftçi” “Kəpəz”i (5:1) məğlub edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa