Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sumqayıt, Gəncə və Bakının bir neçə rayonunda qaz olmayacaq

Sabah Sumqayıt, Gəncə və Bakının bir neçə rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə Yeniçağ.Az-a “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Abonentlərin təbii qaza olan tələbatın təmin edilməsi, qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması və yeni çəkilmiş diametri 159 mm-lik qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, həmçinin diametri 530 mm-lik qaz xətti üzərində quraşdırılmış qaz tənzimləyicinin yenisi ilə əvəz edilməsi ilə əlaqədar, nəzərdə tutulmuş təmir işləri aparılacaq.

Görulən işlər zamanı, sabah saat 09:00-dan 17:00-dək Sumqayıt və Gəncə şəhərlərinin, eləcə də Bakı şəhəri Binəqədi, Yasamal, Sabunçu və Nərimanov rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Abşeron rayonu, Xırdalan, şəhəri, Qobu, Güzdək ,Aşağı Güzdək, Hökməli,qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Bildirilir ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Yeniçağ.Az

www.yenicag.az

443