“Sumqayıt” “Karvan-Yevlax”ı məğlub etdi

media-hightechnic-468x90

Misli Premyer Liqasının VIII turunda “Sumqayıt” “Karvan-Yevlax”ı məğlub edib.

Yenicag.az xəbər verir ki, Sumqayıt şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

“Sumqayıt”dan Ronaldo Vaskez (12-ci dəqiqə), Aleksandr Ramalinqom (54 və 65-ci dəqiqələr, hər ikisi penaltidən) və Aleksa Yankoviç (59-cu dəqiqə) fərqləniblər. “Karvan-Yevlax”ın qolunu isə 43-cü dəqiqədə Coy Sleyd Mikels vurub.

Bu nəticədən sonra Saşa İliçin baş məşqçisi olduğu komanda xallarının sayını 14-ə çatdıraraq 3-cü pilləyə yüksəlib. 5 xala malik Yevlax klubu isə 11-ci yerdədir.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində “Kəpəz” “Şamaxı”nı (4:1), “Qarabağ” “Turan Tovuz”u (2:1) məğlub edib. “İmişli” – “Qəbələ” görüşündə isə bərabərlik qeydə alınıb – 2:2. VIII tura oktyabrın 19-da yekun vurulacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa