Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sumqayıt polisindən qadın sürücülərə 8 Mart sürprizi - FOTOLAR

Sumqayıtda yol polisləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qeyri-adi reyd keçirib.

Yenicag.az xəbər verir ki, reyd şəhərin Sülh Prospektində təşkil edilib

Qayda pozan qadın sürücülər yol polisləri tərəfindən saxlanılıb, onlara qayda pozuntuları izah edilib, lakin cərimə əvəzinə hədiyyələr verilib. Onlar qayda pozduqları üçün saxlanılsalar da, yol polisi əməkdaşları qadın sürücülərə cərimə protokolu əvəzinə gül və iki nəfərlik şam yeməyi bileti təqdim ediblər.

Sükan arxasında əyləşən qadınlarla yanaşı, piyada keçidindən düzgün keçməyən xanımlar da yol polisi tərəfindən saxlanılıb və onlara da hədiyyələr təqdim edilib.

Sumqayıt şəhər Polis İdarəsinin DYPŞ-dən bildirilib ki, hər il olduğu kimi, bu il də Sumqayıtda qadın sürücülərlə bağlı belə bir tədbir keçirilib. Hədiyyə alan xanımlar onları belə bir əziz gündə təbrik edən yol polislərinə təşəkkürlərini ifadə ediblər./Report/

www.yenicag.az

407
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100