!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sumqayıtda dələduzluq: Xadimə geyimində OĞURLUQ ETDİ

!Reklam – Yazi

Sumqayıt şəhərində naməlum bir qadın xadimə formasını geyərək xəstəxanadan oğurluq edib.

Yenicag.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Belə ki, qadının Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına daxil olaraq, özünü oranın əməkdaşı kimi göstərərək otaqlardan qızıl, pul, ayaqqabı, tibbi avadanlıqlar oğurladığı bildirilib.

Məsələ barədə Sumqayıt Tibb Mərkəzi ilə əlaqə saxladıq.

Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib:

“Araşdırmanın nəticəsinə uyğun olaraq, ictimaiyyətə əlavə məlumat veriləcək”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev saytımıza açıqlamasında bildirib ki, görüntülərlə bağlı hazırda Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır:

“Hadisəni törədən şəxsi müəyyən edərək, məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir”./Oxu.az/

www.yenicag.az

371
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv