Suraxanı rayonunda polis əməkdaşı bıçaqlanıb.
Yeniçağ.Az xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb. 31-ci polis bölməsinin əməkdaşı kiçik çavuş Orucov Eldar İmanverdi oğlu ərazidə xidmət apararkən şübhəli “Lada Qrant” markalı avtomobil görərək ona yaxınlaşıblar. Avtomobildə 4 nəfər olub. Polis əməkdaşı onlara yaxınlaşıb sənədlərini istəyəndə avtomobildə olan şəxslər biri maşından düşərək bıçaqla Eldar Orucova xəsarətlər yetirib. Şübhəli şəxslər hadisə yerindən qaçmaq istəyərkən Eldar Orucovla xidmət aparan polis əməkdaşı onlardan birini yaxalayıb. Digər 3-ü isə avtomobillə ərazidən uzaqlaşıblar. Yaralı pois əməkdaşı xəstəxanya gətirilib. Ona tibbi yardım göstərilib. Həkimlər yaralının həyatı üçün təhlükə olmadığını bildiriblər.
Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.
Yeniçağ.Az
www.yenicag.az