Suriya prezidenti Şoyqu ilə görüşdü

Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu arasında görüş keçirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“Suriya prezidenti Bəşər Əsəd Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşüb və onunla beynəlxalq və regional təhlükəsizlik, habelə Rusiya ilə Suriya arasında ikitərəfli münasibətlərlə bağlı bir sıra məsələləri müzakirə edib”, – deyə məlumatda bildirilir.

İyulda Rusiya prezidenti Vladimir Putin Kremldə Əsədlə görüşüb. Səfər zamanı Rusiya lideri ölkələr arasında münasibətlərin bütün spektrini müzakirə etmək imkanını açıqlayıb, xüsusən də ticarət-iqtisadi əlaqələri qeyd edib.

COP29