!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suriyalıların BÖYÜK KÖÇÜ: “Deportasiya etmək planı belə hazırlanır”

!Reklam – Yazi

“Suriya Prezidenti Bəşər Əsədin rejiminin çöküşü Avropada qaçqın məsələsi ilə bağlı müəyyən yaxşı ümidlər doğurub”.

Yenicag.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Aleksey Makarkin öz analitik yazısında bildirib.

O, əlavə edib ki, Əsəd rejiminin çöküşü maraqlı bir hadisə oldu:

“Dekabrın 7-dən 8-nə keçən gecə Dəməşq təslim oldu, Əsəd ölkəni tərk etdi, lakin Baş nazir Məhəmməd Qazi əl-Cəlali vəzifəsini qoruyaraq hakimiyyətin ötürülməsi prosesini başlatdı. Dekabrın 9-da Dəməşqdə əl-Cəlali ilə iki müxalif lider – Əbu Məhəmməd əl-Qolani (həqiqi adı Əhməd Hüseyn əl-Şara) və Məhəmməd əl-Bəşir görüşdü.

Hər iki lider silahlı müxalifət qruplarını təmsil edirdi. Əl-Bəşir, xüsusilə, əl-Qolaniyə tamamilə asılı olan bir fiqur idi. Bu görüş mühüm idi, çünki hakimiyyətin sülh yolu ilə ötürülməsi və yeni Baş nazirin təyinatı məsələsi sürətlə həll olunmalıydı. Suriya diasporu isə artıq 2012-ci ildən Əsəd ilə əlaqələrini kəsən Riyad Xicabı namizəd kimi irəli sürmüşdü”.

“Nəticədə, əl-Bəşirin namizədliyi qalib gəldi. O, mühəndis olsa da, İdlibdə xilasetmə hökumətində işləyərkən həm də şəriət üzrə mütəxəssis sertifikatı almışdı. Dekabrın 9-da vəziyyət hələ də qeyri-müəyyən idi, lakin bir sıra Avropa ölkələri, o cümlədən Almaniya, Avstriya, Danimarka, İsveç, Norveç, Yunanıstan, Finlandiya, Böyük Britaniya və İsveçrə, suriyalı qaçqınların müraciətlərini qəbul etməyi dayandırdılar. Bu ölkələrə digər ölkələrin də qoşulacağı ehtimal edilir. Avstriyada, hətta suriyalıları vətənlərinə geri qaytarmaq və ya deportasiya etmək planı belə hazırlanır”, – deyə analitik əlavə edib.

“Ekspertlər qeyd edirlər ki, hazırda Avropada 1,1 milyondan çox suriyalı qaçqın yaşayır. Almaniyada Suriya məsələsinə qarşı daha ehtiyatlı və diqqətli yanaşma mövcuddur. Almaniyanın federal xarici işlər naziri Annalena Berbok Suriyanın vəziyyəti ilə bağlı çox tələsməmək lazım olduğunu vurğulayıb. Daxili işlər naziri Nensi Fazer isə vəziyyətin hələ də qeyri-müəyyən olduğunu və qaçqınların geri qaytarılması ilə bağlı konkret addımlar atmağın hələ çox tez olduğunu söyləyib. Bavariya əyalətinin Baş naziri Markus Söder də suriyalıların vətənə qaytarılması üçün konkret tədbirlər hazırlamağı təklif edib”, – Makarkin sitat gətirib.

Analitikin fikrincə, qaçqın məsələsi çoxşaxəlidir və ekspertlər hesab edirlər ki, bütün məsələlər bir anda həll edilə bilməz:

“Məsələn, ötən ilin sonunda Almaniyada təxminən 5 min suriyalı həkim işləyirdi. Əgər onlar birdən çıxarsa, alman sağlamlıq sistemi əhəmiyyətli şəkildə yüklənə bilər. Buna baxmayaraq, suriyalı qaçqınların vətənə dönməsi ideyası hələ də cəmiyyət və siyasət gündəmindədir. Son günlərdə Avropa ölkələrinin suriyalı qaçqınlara münasibəti göstərir ki, Avropa Suriyanın yeni hakimiyyəti ilə əməkdaşlıq edə bilməyən qaçqınlara sığınacaq verməyi planlaşdırmır. Avropa Əsəd rejimini totalitar bir rejim kimi qiymətləndirirdi və buna görə də yeni hakimiyyətlə razılaşmayanları, belə desək, totalitar rejimi dəstəkləyənlər kimi qiymətləndirəcək”.

Rafi Müslümov

www.yenicag.az

78
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv