Sürücülərin nəzərinə!

media-hightechnic-468x90

temizhava20160802Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov mühərrikin işlənmiş qazlarının tərkibinin normativə uyğun olmadığı halda ödəniləcək cərimənin miqdarını açıqlayıb.

Ekspert Ərşad Hüseynov bildirib ki, DYP-nin “Təmiz hava aylığı” üzrə tədbirləri barədə məlumat verərkən kimsə yazıb ki, mühərrikin işlənmiş qazlarının tərkibi normativə uyğun olmazsa, bunun 150 manat cəriməsi var. Ekspert qeyd edib ki, avtomobilin həmin nasazlığı aradan qaldırıla bilmədikdə bu xətanın cəriməsi cəmi 50 manatdır:

“Bu cərimənin 150 manat olması haqqında yayılan məlumatlar əsassızdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 342.5 maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə – əlli manat məbləğində cərimə edilir”.

media-ziraat-728x90

Sürücülərin nəzərinə!

media-hightechnic-468x90

91863Təcrübə göstərir ki, Novruz bayramı ilə əlaqədar istirahət günləri bitən ərəfələrdə rayonlararası və şəhərlərarası yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyi və qəzaların baş vermə ehtimalı artır.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

K.Əliyevin sözlərinə görə, Novruz bayramını qeyd etmək üçün bölgələrə və ya paytaxta səfər etmiş vətəndaşların istirahət günlərinin bitməsi ilə əlaqədar əsasən martın 27-si və 28-də geri qayıdacağı və bununla əlaqədar yollarda hərəkətin sıxlığının yaranacağı ehtimal olunur.

Şöbə rəisi bildirib ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əhaliyə, xüsusən də sürücülərə müraciət edərək onlara yollarda maksimum diqqətli olmağı, sürət həddini aşmamağı, manevrlər edərkən ehtiyatlı olmağı tövsiyə edir: “Əhalidən, xüsusən də sürücülərdən xahiş edirik ki, bayramın son günlərində yollarda hərəkətin intensiv olduğu dövrlərdə çoxlu qəzaların baş verə biləcəyini nəzərə alıb rayonlararası, şəhərlərarası yollarda diqqətli olsunlar, xüsusilə sürət məhdudiyyətinə, ötmə qaydalarına riayət etsinlər. Çünki ən ağır qəzalar sürətlə müşayiət olunan ötmə və manevretmə qaydalarının pozulması, əks istiqamətli hərəkət zolağına çıxılması nəticəsində baş verir. Xahiş edirik ki, özünüzün və yaxınlarınızın həyatına biganə qalmayın, qeyd etdiyiniz bayramın son günlərini bədbəxtliyə, yasa çevirməyin!”.

BDYPİ sözçüzü əlavə edib ki, martın 20-dən 25-dək ölkə ərazisində 45 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş qəzalar nəticəsində 10 nəfər ölüb, 59 nəfər xəsarət alıb(trend).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600