Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində ikitərəfli hərəkət qadağan edildi – FOTO

Nərimanov rayonu Sabit Rəhman küçəsi – Xan Şuşinski küçəsinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat yayıb.

Bildirilib ki, dəyişikliyə əsasən Xan Şuşinski – Sabit Rəhman küçələrinin kəsişməsindən Azadlıq prospekti – Sabit Rəhman küçəsinin kəsişməsinə qədər ikitərəfli yol birtərəfli təşkil edilib.
Azadlıq prospektindən Sabit Rəhman küçəsinə giriş qadağandır nişanı vurulub.