!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Şuşaya çəkilən elektrik xətti açılışa hazırdır" - Baba Rzayev

!Reklam – Yazi

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev işğaldan azad olunan ərazilərdə görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib.

Yenicag.az xəbər verir ki, aprelin 19-da dövlət başçısı Bakının Suraxanı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışında iştirak edib.

Prezident İlham Əliyev: Qarabağda işlər necə gedir?

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev: Çox gözəl gedir, Şuşa hazırdır. Açılışa da hazırdır. Mən məruzə etmişdim ki, iki nömrəli xətt hazırdır.

Prezident İlham Əliyev: Bilirəm, xətti çəkmisiniz.

Baba Rzayev: Şükürbəyli də hazırdır, Şuşa da hazırdır. Füzuli yarımstansiyasının xətti hazırdır, ay yarıma da özü hazır olacaq.

Prezident İlham Əliyev: Bəs ermənilərin dağıtdıqları o su elektrik stansiyalarının vəziyyəti necədir? İşlər gedir orada?

Baba Rzayev: Cənab Prezident, “Suqovuşan 1”i və “Suqovuşan 2”ni bir həftəyə Sizin ali diqqətinizə təqdim edəcəyəm, hazırdır, işə salmışıq, test gedir.

Prezident İlham Əliyev: Bəs, Kəlbəcər rayonunda?

Baba Rzayev: Orada bir az araşdırmalar gedib, ancaq müəyyənləşdirməmişik. Yol məsələsi, oraya avadanlıqların daşınması bir az çətinlik törədir. Lakin yarımstansiyanın tikintisi gedir.

Prezident İlham Əliyev: İndi hava şəraiti yaxşılaşıb. Yəqin ki, may ayından oraya getmək daha asan olacaq.

Baba Rzayev: Biz oraya Daşkəsəndən, Murovdan təxminən 200 dirəkli xətt çəkəcəyik, onun artıq 100-ü qoyulub. Ən ağır yeri keçmişik.

Prezident İlham Əliyev: Bəs orada, azad edilmiş torpaqlarda xidmət edən hərbçilərin elektrik təchizatı normaldır?

Baba Rzayev: Hər yerə verilib.

Prezident İlham Əliyev: Şuşada da heç bir problem yoxdur.

www.yenicag.az

372
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv