Taekvondoçularımız Avropa birinciliyində 15 medal qazandılar

media-hightechnic-468x90

Azərbaycanın kiçik yeniyetmə taekvondoçuları Yunanıstanın paytaxtı Afinadakı Avropa birinciliyində 15 medal qazanıblar.

Azərbaycan Taekvondo Federasiyasından Yenicag.az-a verilən məlumata görə, onlardan beşi qızıl, beşi gümüş, beşi bürünc əyarlıdır.

Əhməd Mürvətov (27 kq), Əsma Abdullazadə (27 kq), Fidan Qafarova (30 kq), Rizvan Abdullayev (30 kq), Cahid İsmayılzadə (52 kq) qızıl, Ayşən Abuzərova (27 kq), Ümid Şahbazov (36 kq), Sübhan Rzayev (40 kq), Fateh Sultanlı (44 kq), Hüseyn İsmayılov (52 kq, “Atlet” TK) gümüş, Vidadi Məmmədli (27 kq, “Altay” TK), Rüqəyya Əliyeva (27 kq, “Nərimanov” İK), Aydan Hüseyinova (30 kq, “İrəvan” TK), Aysu Qəribli (44 kq), Günəş Əzimzadə (52 kq) bürünc mükafata sahib çıxıblar.

Azərbaycan komandası medal sıralamasında da birinci pillədə qərarlaşıb.

Qeyd edək ki, milli komanda ilə yanaşı, 1 gümüş və 3 bürünc medal “Atlet” TK, “Altay” TK, “Nərimanov” İK və “İrəvan” taekvondo klublarının təmsilçiləri tərəfindən qazanılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa